- Offside
- 23:30 04.12.2025
ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) "Atlanta Havks" komandası ilə oyunçu Trey Yang arasında müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
27 yaşlı basketbolçu komanda ilə olan müqaviləsinin sonuncu təmin edilmiş ilinə qədəm qoyur və gələn yay sərbəst agentə çevrilə bilər. 2025/2026 mövsümündə o, 46 milyon dollar qazanc əldə edəcək, 2026/2027 mövsümündə isə 49 milyon dollarlıq oyunçu seçim imkanı var. Əgər o, bu imkanı rədd edərsə, ilk dəfə məhdudiyyətsiz sərbəst agent statusu əldə edəcək.
Yangin müqaviləsi ilə bağlı qərar yeni mövsüm ərzində və ya gələn yay verilə bilər.