5 dekabr 2025. Cümə

"Forbes" 2025-ci ilin ən çox qazanan futbolçularını açıqladı - Ronaldo yenə zirvədə


  • Offside
  • 20:16 17.10.2025
  • Oxunma sayı: 150
"Forbes" 2025-ci ilin ən çox qazanan futbolçularını açıqladı  - Ronaldo yenə zirvədə

“Forbes” jurnalı 2025-ci il üçün ən çox gəlir əldə edən futbolçuların siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahının zirvəsində bu dəfə də “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı futbolçu ümumilikdə 280 milyon dollar qazanaraq birinci olub.

Siyahının ən diqqətçəkən adı isə 18 yaşında ilk onluğa daxil olmağı bacaran “Barselona”nın gənc ulduzu Lamin Yamal olub.

“Forbes”in açıqladığı reytinqdə ilk onluq belə formalaşıb:

Kriştiano Ronaldo – 280 milyon dollar
Yaş: 40 | Komanda: Əl-Nəsr | Milliyət: Portuqaliya
Sahə içi qazancı: 230 milyon dollar • Sahə xarici qazancı: 50 milyon dollar

Lionel Messi – 130 milyon dollar
Yaş: 38 | Komanda: "İnter Mayami" | Milliyət: Argentina
Sahə içi qazancı: 60 milyon dollar • Sahə xarici qazancı: 70 milyon dollar

Kərim Benzema – 104 milyon dollar
Yaş: 37 | Komanda: "Əl-Ittihad" | Milliyət: Fransa
Sahə içi qazancı: 100 milyon dollar • Sahə xarici qazancı: 4 milyon dollar

Kilian Mbappe – 95 milyon dollar
Yaş: 26 | Komanda: "Real Madrid" | Milliyət: Fransa
Sahə içi qazancı: 70 milyon dollar • Sahə xarici qazancı: 25 milyon dollar

Erlinq Haaland – 80 milyon dollar
Yaş: 25 | Komanda: "Mançester Siti" | Milliyət: Norveç
Sahə içi qazancı: 60 milyon dollar • Sahə xarici qazancı: 20 milyon dollar

Vinisius Junior – 60 milyon dollar
Yaş: 25 | Komanda: "Real Madrid" | Milliyət: Braziliya
Sahə içi qazancı: 40 milyon dollar • Sahə xarici qazancı: 20 milyon dollar

Məhəmməd Salah – 55 milyon dollar
Yaş: 33 | Komanda: "Liverpul" | Milliyət: Misir
Sahə içi qazancı: 35 milyon dollar • Sahə xarici qazancı: 20 milyon dollar

Sadio Mane – 54 milyon dollar
Yaş: 33 | Komanda: "Əl-Nəsr" | Milliyət: Seneqal
Sahə içi qazancı: 50 milyon dollar • Sahə xarici qazancı: 4 milyon dollar

Cud Bellinqhem – 44 milyon dollar
Yaş: 22 | Komanda: "Real Madrid" | Milliyət: İngiltərə
Sahə içi qazancı: 29 milyon dollar • Sahə xarici qazancı: 15 milyon dollar

Lamin Yamal – 43 milyon dollar
Yaş: 18 | Komanda: "Barselona" | Milliyət: İspaniya
Sahə içi qazancı: 33 milyon dollar • Sahə xarici qazancı: 10 milyon dollar







Offside