22 mart 2026. Bazar günü

“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub


  • Offside
  • 14:32 18.10.2025
  • Oxunma sayı: 208
“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə,turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib. Finalda Ədliyyə Nazirliyinin komandası Rusiya təmsilçisini 1:0 hesabı ilə məğlub edərək oyunların qalibi olub.

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı