- Offside
- 23:30 04.12.2025
Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda keçirilən “Əl-Nəsr” – “Əl-Fateh” (5:1) oyununda Kriştiano Ronaldo tarixə düşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı hücumçunun vurduğu qol onun klub karyerasındakı 800-cü topu olub.
Beləliklə, 40 yaşlı futbolçu bu göstəriciyə çatan ilk oyunçu kimi futbol tarixində yeni rekorda imza atıb.
Beşqat “Qızıl top” sahibi Ronaldu indiyədək klub səviyyəsində:
450 qol – “Real Madrid”,
145 qol – “Mançester Yunayted”,
101 qol – “Yuventus”,
99 qol – “Əl-Nəsr”,
5 qol – “Sportinq” heyətində vurub.
Ümumilikdə, portuqaliyalı ulduz karyerası ərzində klub və yığma komandaların heyətində 949 qolla yadda qalıb.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avro təşkil edir.