22 mart 2026. Bazar günü

Azərbaycanın hakim-inspektoru üç oyuna təyinat alıb


  • Offside
  • 13:08 21.10.2025
  • Oxunma sayı: 193
Azərbaycanın hakim-inspektoru üç oyuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

90deqiqe.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı