5 dekabr 2025. Cümə

Novak Cokovic və Kriştiano Ronaldo Lissabonda görüşüblər


  • Offside
  • 20:56 21.10.2025
  • Oxunma sayı: 115
Novak Cokovic və Kriştiano Ronaldo Lissabonda görüşüblər

24 dəfə “Böyük Dəbilqə” qalibi və dünya reytinqində beşinci sırada qərarlaşan serbiyalı tennisçi Novak Cokovic ilə portuqaliyalı hücumçu Kriştiano Ronaldo (“Əl-Nəsr”) Lissabonda (Portuqaliya) tenis klubunda görüşüblər.

90deqiqe.Az xəbər verir ki, idmançılar bir-birinə avtograflarını yazdıqları formalarını hədiyyə ediblər və qısa mesajlar paylaşıblar.

Cari mövsümdə Novak Cokovic bütün dörd “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib və İsveçrənin Cenevrə şəhərində keçirilən ATP-250 torpaq örtüklü turnirində qalib gələrək karyerasında 100-cü titulu qazanıb.

Birkaç gün əvvəl Kriştiano Ronaldo klub səviyyəsində karyerasında 800-cü qolunu vurub. Beş dəfə “Qızıl Top” mükafatına layiq görülmüş futbolçu bu qolların 450-ni Madrid “Real”ında, 145-ni “Mançester Yunayted”də, 101-ni “Yuventus”da, 99-nu “Əl-Nəsr”də, 5-ni isə “Sportinq” klubunda vurub.







Offside