10 noyabr 2025. Bazar ertəsi

Dağ velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub


  • Offside
  • 12:56 22.10.2025
  • Oxunma sayı: 126
Dağ velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.

AzVİF-dən 90deqiqe.Az-a bildirilib ki, yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.

U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli, müvafiq olaraq, 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənclər, U-23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.







Offside