13 dekabr 2025. Şənbə

Luis Həmilton 2025-ci ilin ən populyar idmançısı oldu


  • Offside
  • 23:05 22.10.2025
  • Oxunma sayı: 127
Luis Həmilton 2025-ci ilin ən populyar idmançısı oldu

40 yaşlı britaniyalı Formula-1 sürücüsü və yeddigünlük dünya çempionu Luis Həmilton 2025-ci ilin ən çox tələb olunan idmançısı seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu göstərici "SportsPro" nəşri tərəfindən markanın gücü, iqtisadi təsir və ümumi hədəf bazarı kimi üç əsas amil üzrə qiymətləndirilərək müəyyən olunub.

 2025-ci il üzrə ən çox tələb olunan idmançılar siyahısında ilk onluq belədir:

  1. Luis Həmilton — Formula-1

  2. Simona Baylz — Atletika

  3. Ilona Maher — Reqbi

  4. Stefen Kerri — Basketbol

  5. Kriştiano Ronaldo — Futbol

  6. Neymar — Futbol

  7. Keytlin Klark — Basketbol

  8. Lebron Ceyms — Basketbol

  9. Yannis Adetokunbo — Basketbol

  10. Kori Qoff — Tennis

Siyahıda Formula-1 sürücüləri də yüksək yerləri tutublar. Məsələn, Şarl Lekler 25-ci, Lando Norris 41-ci, Oskar Piastri 64-cü, Andrea Kimi Antonelli 78-ci, Maks Verstappen 81-ci, Liam Looson isə 95-ci yerdə qərarlaşıb.







Offside