5 dekabr 2025. Cümə

Azərbaycanın futzal üzrə FİFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb


  • Offside
  • 10:47 23.10.2025
  • Oxunma sayı: 169
Azərbaycanın futzal üzrə FİFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.

Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznika-Qrad” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq.

K. Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznika-Qrad” qarşılaşmasında isə birinci hakim futnksiyasını yerinə yetirəcək. Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.

Bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.







Offside