14 dekabr 2025. Bazar günü

Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir


  • Offside
  • 18:39 23.10.2025
  • Oxunma sayı: 184
Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.

Azərbaycan Həndbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığma bu məqsədlə Mingəçevirə yollanaraq "Kür" Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.

15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.

Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.







Offside