13 dekabr 2025. Şənbə

Sinner Vyanada finalda!


  • Offside
  • 19:07 25.10.2025
  • Oxunma sayı: 151
Sinner Vyanada finalda!

İtaliyalı tennisçi, dünya reytinqinin ikinci raketkası Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 turnirində finala adlayıb.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinalda o, Avstraliya təmsilçisi Aleks de Minoru 6:3, 6:4 hesabı ilə məğlub edib.

Görüş 1 saat 29 dəqiqə davam edib.

İtaliyalı tennisçi finalda Lorenzo Muzetti və Aleksandr Zverev duelinin qalibi ilə üz-üzə gələcək.







Offside