- Offside
- 23:27 13.12.2025
Boks üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış yeniyetmələr, gənclər və böyüklər arasında keçirilir.
Bu gün start götürən çempionatda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışın mükafatçıları oktyabrın 28-də bəlli olacaq.