10 noyabr 2025. Bazar ertəsi

Azərbaycanın boks millisi Avropa çempionatının hazırlığına başlayıb


  • Offside
  • 17:30 28.10.2025
  • Oxunma sayı: 95
Azərbaycanın boks millisi Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Qeyd edək ki, toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.







Offside