9 noyabr 2025. Bazar günü

Ümumdünya Cüdo Günü ilə bağlı “Şəhər turu” keçirilib


  • Offside
  • 18:07 28.10.2025
  • Oxunma sayı: 115
Ümumdünya Cüdo Günü ilə bağlı “Şəhər turu” keçirilib

28 oktyabr – Ümumdünya Cüdo Günü ilə bağlı Azərbaycan Cüdo Federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu - daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.

Qeyd edək ki, 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür.







Offside