10 noyabr 2025. Bazar ertəsi

Azərbaycanın U-17 millisi Moldova ilə heç-heçə edib


  • Offside
  • 16:59 30.10.2025
  • Oxunma sayı: 97
Azərbaycanın U-17 millisi Moldova ilə heç-heçə edib

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz sonuncu matçında Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineunun “Zimbru 2” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Bununla millimiz 1 xalla qrupda 4-cü yeri tutub.







Offside