- Offside
- 18:07 31.01.2026
Yeni mövsüm öncəsi heyətini gücləndirən "Kür" daha bir həndbolçunu sıralarına cəlb edib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mingəçevir təmsilçisi ötən mövsüm "Qarabağ"ın şərəfini qoruyan Leyla İbrahimova ilə 1 illik anlaşıb.
Həndbolçu 66 nömrəli formanı geyinəcək.