25 mart 2026. Çərşənbə

Azərbaycanın voleybol millisi İslamiadaya qələbə ilə başlayıb


  • Offside
  • 17:01 04.11.2025
  • Oxunma sayı: 234
Azərbaycanın voleybol millisi İslamiadaya qələbə ilə başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, oyunların birinci günündə Azərbaycanın voleybol millisi İran seçməsi ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün, həmçinin futzal millimiz A qrupunun I turunda Liviyanı sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək. Multiidman yarışına noyabrın 21-də yekun vurulacaq.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"