5 dekabr 2025. Cümə

Keişa Fatimə Zəhra badminton üzrə dünyada ən sürətli ikinci zərbənin müəllifi oldu


  • Offside
  • 10:28 05.11.2025
  • Oxunma sayı: 140
Keişa Fatimə Zəhra badminton üzrə dünyada ən sürətli ikinci zərbənin müəllifi oldu

Azərbaycanın badmintonçusu Keişa Fatimə Zəhra ölkəmizin adını beynəlxalq arenada ucaldıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, "Supersmash Leaderboard"ın 2025-ci il siyahısında 393,3 km/saat sürətli zərbəsi ilə dünyada bu göstərici üzrə ikinci yerə yüksəlib.

Qeyd edək ki, Keişa Fatimə Zəhra bundan əvvəl də müxtəlif beynəlxalq turnirlərdə - o cümlədən İranda keçirilən "Iran Fajr International Challenge" yarışında uğurla çıxış edib və gümüş medal qazanıb.







Offside