- Offside
- 23:30 04.12.2025
ABŞ tennisçisi Amanda Anisimova WTA Final turnirinin qrup mərhələsində Polşa təmsilçisi İqa Şvyonteki 6:7 (3:7), 6:4, 6:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə Anisimova turnirin yarımfinalına adlayıb. Görüş 2 saat 35 dəqiqə davam edib.
Qeyd edək ki, daha əvvəl Yelena Rıbakina “Serena Uilyams” qrupundan birinci, Anisimova isə ikinci pillədən pley-off mərhələsinə yüksəlib. Şvyontek isə Medisson Kizi məğlub etsə də, Rıbakinaya uduzduğu üçün qrup mərhələsini adlaya bilməyib.