- Offside
- 23:30 04.12.2025
“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo yenidən səs-küylü açıqlama ilə gündəmə gəlib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduzun sözlərinə görə, Səudiyyə Ərəbistanı Pro Liqası hazırda bir çox Avropa çempionatlarını geridə qoyur.
“İndi əgər mən Premyer Liqanın ən güclü klubunda oynasaydım, yenə eyni sayda qollar vurardım. Səudiyyə liqası Portuqaliya və Fransa çempionatlarından daha güclüdür. Fransada PSJ-dən başqa ciddi rəqib yoxdur”
“Səudiyyə Ərəbistanında vurulan qollar da ‘Qızıl buts’ mükafatında nəzərə alınmalıdır. Açığını deyim, İspaniyada qol vurmaq mənim üçün Səudiyyə Ərəbistanında qol vurmaqdan daha asan idi”
Xatırladaq ki, 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edən 40 yaşlı Ronaldo indiyədək bütün turnirlərdə 115 oyuna 102 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı superulduz bundan öncə “Real Madrid” və “Mançester Yunayted” kimi nəhəng klubların formasını geyinib.