- Offside
- 23:30 04.12.2025
2022-ci ilin “Uimbldon” qalibi, dünya reytinqində altıncı pillədə qərarlaşan tennisçi Elena Rıbakina Ər-Riyadda keçirilən WTA final turnirində qarşıdakı həlledici görüş öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “Tennis Channel” qazaxıstanlı tennisçinin dediklərini belə çatdırıb.
“Əlbəttə, bu, möhtəşəm olardı. Belə gərgin mövsümdən sonra bu titulu qazanmaq mənim üçün çox önəmlidir. Finalda uduzmaq asan deyil, çünki sona qədər gedib məqsədə az qaldığını bilirsən. Lakin burada çox güclü rəqiblər var. İkinci yarımfinalda kim qalib gəlsə də, qarşıda çox ağır mübarizə olacaq. Mən sadəcə bütün gücümü ortaya qoymaq, əlimdən gələni etmək istəyirəm. Sonrasına baxarıq”
Rıbakina turnirin finalında belarusiyalı Arina Sobolenka ilə amerikalı Amanda Anisimova arasında keçiriləcək yarımfinalın qalibi ilə üz-üzə gələcək.