28 iyun 2026. Bazar günü

Zəfər Gününə həsr olunan stolüstü tennis turniri keçirilib


  • Offside
  • 17:25 08.11.2025
  • Oxunma sayı: 202
Zəfər Gününə həsr olunan stolüstü tennis turniri keçirilib

2014-cü il və kiçik təvəllüdlü stolüstü tennisçilərin Zəfər Gününə həsr olunan Respublika turniri keçirilib.

90deqiqe.Az xəbər verir ki, nəticələrə əsasən, oğlanlar arasında Əliəkbər Mirzəliyev baş mükafata layiq görülüb. Həzrət Kamilov ikinci, Saleh Hümbətovla Kərim Camal üçüncü yeri tutub. Qızların yarışı Banu İmamverdizadənin qələbəsi ilə nəticələnib. O, finalda Yasəmən Həbibovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Nailə Nəzirova üçüncü olub.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.







Offside