- Offside
- 17:13 31.01.2026
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması növbəti görüşünü keçirib.
90deqiqe.Az xəbər verir ki, C qrupunda mübarizə aparan milli komandamız son oyununda Pakistan yığması ilə qarşılaşıb. Gərgin keçən görüşdə Azərbaycan təmsilçiləri 8:3 hesabı ilə qələbə qazanıblar.
Bu nəticə ilə yığmamız C qrupunun qalibi adını qazanaraq 1/4 final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, millimizin növbəti rəqibi pley-off mərhələsində müəyyənləşəcək.