31 yanvar 2026. Şənbə

Tehran Məmmədov İslam Həmrəyliyi Oyunlarını medalsız başa vurub


  • Offside
  • 14:19 09.11.2025
  • Oxunma sayı: 116
Tehran Məmmədov İslam Həmrəyliyi Oyunlarını medalsız başa vurub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov çıxışını yekunlaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı gözləniləni göstərə bilməyib. Məmmədov birdən qaldırmada 128 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərib. İki hərəkətin cəminə görə onun nəticəsi 278 kq olub.

Azərbaycan təmsilçisi bu göstərici ilə medalsız qalıb. Məmmədovun yekun sıralamadakı mövqeyi isə eyni çəkidə çıxış edən digər idmançıların nəticələrindən sonra müəyyənləşəcək.







Offside