14 dekabr 2025. Bazar günü

Azərbaycan qadın voleybol millisi Türkiyəyə məğlub olub


  • Offside
  • 18:51 09.11.2025
  • Oxunma sayı: 96
Azərbaycan qadın voleybol millisi Türkiyəyə məğlub olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadın voleybol yığması növbəti matçına çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamız Türkiyə yığması ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb — 0:3.

Bu nəticə ilə Azərbaycan millisi turnirdəki növbəti sınağını noyabrın 12-də keçirəcək. Komandamız bu dəfə Əfqanıstan seçməsinə qarşı mübarizə aparacaq.







Offside