5 dekabr 2025. Cümə

"Bavariya" 40 gün ərzində 11 səfər oyunu keçirəcək


  • Offside
  • 15:55 10.11.2025
  • Oxunma sayı: 180
"Bavariya" 40 gün ərzində 11 səfər oyunu keçirəcək

Almaniyanın “Bavariya” basketbol komandası önündə sıx oyun təqvimi var.

90deqiqe.Az “Basket News”a istinadən xəbər verir ki, Münhen klubu 40 gün ərzində ümumilikdə 12 matça çıxacaq, bunlardan 11-i səfərdə baş tutacaq.

Komanda son ev oyununu noyabrın 12-də “Barselona”ya qarşı keçirəcək. “Bavariya” növbəti dəfə doğma meydanda yalnız dekabrın 23-də İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

Bu qeyri-adi təqvim Avropada keçiriləcək su polosu üzrə Avropa çempionatı ilə əlaqədardır. Yarış 2026-cı ilin yanvarında Belqradda təşkil olunacaq. Bu səbəbdən yanvarda baş tutmalı olan “Partizan” – “Bavariya” görüşü noyabr ayına keçirilib. Dəyişiklik nəticəsində alman təmsilçisi ardıcıl yeddi səfər oyununa çıxacaq. Bu qarşılaşmalar “Anadolu Efes”, “Baskoniya”, “Valensiya”, “Partizan”, “Dubay”, “ASVEL” və “Monako”ya qarşı olacaq.

Münhen klubunu Almaniya çempionatında da çətin təqvim gözləyir. “Efes”lə səfər oyunundan sonra “Bavariya” Bundensliqada növbəti beş görüşün dördünü də səfərdə keçirəcək. Beləliklə, komanda ümumilikdə 12 oyunun 11-ni qonaq qismində oynayacaq.

Hazırda “Bavariya” Avroliqanın turnir cədvəlində beş qələbə və dörd məğlubiyyətlə doqquzuncu pillədə qərarlaşıb.







Offside