- Offside
- 23:30 04.12.2025
“Azərikimya” İB müəssisələri arasında "Zəfər Günü"nə həsr olunmuş minifutbol turniri keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 9 komandanın 2 qrupda qalib adı uğrunda mübarizə apardığı yarışın final mərhələsi 6 noyabr tarixində başa çatıb.
Turnirin nəticələrinə əsasən, “Construction” komandası I yeri, “Safety United” komandası II yeri, “Təmirçi” komandası isə III yeri tutub. Mükafatlandırma mərasimində turnirin fərdi mükafatları da təqdim edilib.
Buxar komandasının qapıçısı Məmmədov Elmir turnirin "Ən yaxşı qapıçı" nominasiyasına layiq görülüb. “Etilen” komandasının oyunçusu Mədədov Vüsal isə “Ən çox qol vuran” oyunçu mükafatını əldə edib.
“Azərikimya” İB rəhbərliyi bütün iştirakçılara təşəkkür edərək, qalib komandaları və fərdi mükafat sahiblərini təbrik edib. Turnirin yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdikləri əzmkarlıq, komandalar arasındakı dostluq əlaqələrinin güclənməsinə töhfə verib.