5 dekabr 2025. Cümə

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat alıb


  • Offside
  • 10:49 12.11.2025
  • Oxunma sayı: 123
Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq arenada meydana çıxacaq.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli hakim DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları qarşılaşmasını idarə edəcək.

Ağayevə bu oyunda həmvətənləri – Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. VAR sistemi Portuqaliyalı mütəxəssislərə – Tiaqo Martins (VAR) və Bruno Estevesə (AVAR) həvalə olunub.

Qarşılaşma noyabrın 14-də Xorvatiyanın Riyeka şəhərindəki stadionda baş tutacaq.

 







Offside