14 dekabr 2025. Bazar günü

İrina Zaretska İslam Həmrəyliyi Oyunlarının finalında


  • Offside
  • 14:07 12.11.2025
  • Oxunma sayı: 141
İrina Zaretska İslam Həmrəyliyi Oyunlarının finalında

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Qvineya təmsilçisi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. Finalda Zaretska türkiyəli Eda Eltamurla üz-üzə gələcək.

Digər karateçimiz Nuran Rzazadə (67 kq) isə mübarizəni erkən başa vurub. O, 1/16 finalda özbəkistanlı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.

Medal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.







Offside