- Offside
- 23:30 04.12.2025
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında iki medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 110 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırmada 180 kiloqram nəticə göstərərək ikinci yeri tutub. Dadaşbəyli təkanla qaldırmada 211 kiloqram çəkini başı üzərinə qaldırıb və iki hərəkətin cəmində 391 kiloqramla ümumi hesabda da gümüş medala sahib çıxıb.
Bu nəticə ilə ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medal sayı 11-ə yüksəlib. Daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kq) isə 2 gümüş və 1 bürünc medal əldə edib.