5 dekabr 2025. Cümə

“Usik bu dövrün ən güclü ağır çəkili boksçusudur”


  • Offside
  • 21:02 12.11.2025
  • Oxunma sayı: 236
“Usik bu dövrün ən güclü ağır çəkili boksçusudur”

59 yaşlı amerikalı boks əfsanəsi, sabiq super ağır çəki üzrə dünya çempionu Mayk Tayson 38 yaşlı ukraynalı boksçu, məğlubedilməz super ağır çəki üzrə dünya çempionu Aleksandr Usik barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, “Hard Rock Bet” əfsanəvi boksçunun dediklərini belə çatdırıb.

“İstəyirsiniz deyin, amma o, bu dövrün ən yaxşı super ağır çəkili boksçusudur. Onu heç kim məğlub edə bilməz. O, hamını məğlub edib”

Qeyd edək ki, Aleksandr Usik son döyüşünü 20 iyulda Londonda keçirib. Onun rəqibi britaniyalı Daniel Dyuboa olub. Bu, boksçular arasında revanş matçı idi. Döyüş Usikin beşinci raundda nokautla qələbəsi ilə yekunlaşıb.







Offside