- Offside
- 23:00 27.06.2026
Azərbaycan karateçisi İrina Zaretska VI İslam Həmrəyliyi Oyunlarında final görüşündə qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 68 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız türkiyəli Eda Eltamuru 5:3 hesabı ilə məğlub edərək turnirin üçqat qalibi olub.
Xatırladaq ki, daha əvvəl Mədinə Sadıqova (55 kq) və Roman Heydərov (kata) yarışda bürünc medallara sahib çıxıblar.