5 dekabr 2025. Cümə

Bakıda “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans başladı


  • Offside
  • 10:59 13.11.2025
  • Oxunma sayı: 251
Bakıda “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans başladı

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxışında qurumun əsas məqsədinin “təmiz idman” prinsiplərinin qorunması və ədalətli yarış mühitinin təmin olunması olduğunu vurğulayıb. O, bu istiqamətdə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

WADA-nın Milli Antidopinq Agentlikləri ilə əlaqələr üzrə meneceri Stefan Trinks isə konfransın məhsuldar olacağına inandığını bildirib. Onun sözlərinə görə, tədbir antidopinq sahəsində təcrübə mübadiləsi və yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Konfransın sessiyalarında ədalətli və dürüst yarış, idmanda hüququn aliliyi, yeni antidopinq qaydaları, idmançıların hüquqları və insan amilinin qorunması kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə idmanda hüququn aliliyinin, ədalətli rəqabətin və dopinqlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə dair beynəlxalq dialoq və əməkdaşlıq platformasının yaradılmasıdır.







Offside