- Offside
- 23:30 04.12.2025
AFFA-da intizam komitəsinin növbəti iclası keçirilib.
90deqiqe.Az intizam komitəsnin qərarlarını sizə təqdim edir.
07.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz” komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilsin (maddə 86.3);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
I Liqa VII tur
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununun 63-cü dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 51.1);
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
06.11.2025-ci il tarixində I Liqada VII turun “Şahdağ Qusar” – “Şimal” oyununun 90+3-cü dəqiqəsində “Şimal” komandasının 14 nömrəli futbolçusu Sabir Əlişan qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şimal” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
06.11.2025-ci il tarixində I Liqada VII turun “Difai” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
II Liqa VIII tur
10.11.2025-ci il tarixində II Liqada VIII turun “Ağdaş” – “Xankəndi” oyununun fasiləsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
10.11.2025-ci il tarixində II Liqada VIII turun “Kür-Araz” – “Sheki City” oyununda “Kür-Araz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
11.11.2025-ci il tarixində II Liqada VIII turun “Göygöl” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
11.11.2025-ci il tarixində II Liqada VIII turun “Göygöl” – “Qaradağ Lökbatan” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
Əvəzedicilər liqası X tur
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Şamaxı-2” – “Neftçi-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 44-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5,17.7);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 35 nömrəli futbolçusu Rəvan Məşiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5,17.7);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Qarabağ-2” komandasının 75 nömrəli futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 800 manat cərimə edilsin (maddə 17.5,17.7).