5 dekabr 2025. Cümə

Azərbaycanın qadın voleybol millisi İslamiadanın gümüş medalını qazanıb


  • Offside
  • 17:20 13.11.2025
  • Oxunma sayı: 99
Azərbaycanın qadın voleybol millisi İslamiadanın gümüş medalını qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal əldə edib.

90deqiqe.Az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda final görüşündə Türkiyə yığması ilə qarşılaşıb. Hər üç setdə rəqibinə uduzan Azərbaycan millisi turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan qadın voleybol millisi 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl, 2022-ci ildə Konyada təşkil olunan V İslamiadada isə bürünc medal qazanıb.







Offside