14 dekabr 2025. Bazar günü

“Azərreyl” CEV Kubokuna məğlubiyyətlə başladı


  • Offside
  • 19:37 13.11.2025
  • Oxunma sayı: 110
“Azərreyl” CEV Kubokuna məğlubiyyətlə başladı

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” klubu ilə qarşılaşacaq.







Offside