- Offside
- 10:32 31.01.2026
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3 paralimpiyaçısı mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, paraatletikanın nüvə itələmə və disk atma növlərində Samir Nəbiyev F57 kateqoriyasında gücünü sınayacaq. Parapauerliftinqdə isə Ceyhun Mahmudov ilə Zəhra Dadaşova yüngül çəki kateqoriyasında çıxış edəcəklər.
Yarışlar noyabrın 17-21-də təşkil olunacaq.