- Offside
- 23:30 04.12.2025
Gəncə İdman Sarayında böyüklər arasında aerobika gimnastikası üzrə 14-cü Avropa çempionatı başlanıb.
90deqiqe.Az xəbər verir ki, yarışda gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında çıxış edəcəklər. İlk iki gündə təsnifat mərhələsi, sonuncu gündə isə final mərhələsi keçiriləcək.
Bu gün təşkil olunan açılış mərasimində iştirakçı ölkələrin bayraqları təqdim olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikası qurumunun vitse-prezidenti Edvard Kolar çıxış ediblər.
Daha sonra Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Nizami xəzinəsi” adlı bədii kompozisiya nümayiş olunub. Ardınca gimnastların çıxışları başlayıb. Bu gün idmançılar fərdi proqram üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yarışa noyabrın 16-da yekun vurulacaq.