- Offside
- 23:30 04.12.2025
Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda kamandan oxatma üzrə “Zəfər turniri”nin açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov turnirin gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və Dakar 2026 Gənclərin Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə mühüm rol oynadığını qeyd edib.
Açılışdan sonra yarışların sıralama atışlarına start verilib. Turnirin ilk günündə qızlarda 1/16, 1/8 və 1/4, oğlanlarda isə 1/8 və 1/4 mərhələləri tamamlanıb.
Sabah hər iki kateqoriya üzrə yarımfinal qarşılaşmaları keçiriləcək.
Qızlar üzrə yarımfinalçılar:
Nəbiyeva Fatimə, Butrik Kseniya, Bədəlli Sümeyyə, Ağaməmmədli Nilufər.
Oğlanlar üzrə yarımfinalçılar:
Rəhimli Nurlan, Vəliyev Sərdar, İsmayılov İslam, Kazımzadə Zahid.
Yarımfinal mərhələlərindən sonra finalçılar müəyyən olunacaq.