- Offside
- 23:30 04.12.2025
Azərbaycanın qadın həndbol millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, B qrupunda yer alan komandamız Özbəkistan yığması ilə qarşılaşıb.
"Green Hall" Olimpiya Kompleksində baş tutan görüş gərgin mübarizə şəraitində keçsə də, millimiz matçı qələbə ilə tamamlaỵa bilməyib. Qarşılaşma Özbəkistanın 28:26 hesablı üstünlüyü ilə yekunlaşıb.
Azərbaycan komandası turnirdə növbəti oyununu noyabrın 17-də Qazaxıstan yığmasına qarşı keçirəcək.