- Offside
- 23:30 04.12.2025
UFC prezidenti Dana Uayt keçmiş ağır və yarımçıq ağır çəki üzrə ikiqat UFC çempionu Con Conesin ondan üzr istəməsi ilə bağlı yayılan açıqlamalara münasibət bildirib.
90deqiqe.Az "TMZSports”a istinadən xəbər verir ki, Uayt Conesin heç bir halda üzr borcu olmadığını deyib:
“Onun məndən üzr istəməsinə ehtiyac yoxdur. Conla illər ərzində nə qədər çətinliklər yaşasaq da, mən hələ də deyirəm ki, Con Cones MMA tarixinin ən böyük döyüşçüsüdür. Bunu deyəndə hamı gülür, amma fikrim dəyişmir. Conla bu illər ərzində işləmək unikal bir təcrübə olub”.
Xatırladaq ki, bundan əvvəl Con Cones Tom Aspinalla planlaşdırılan döyüşün pozulmasına görə Dana Uaytdan və azarkeşlərdən ictimai şəkildə üzr istəmişdi. Keçmiş çempion həmin vaxt “səhvini etdiyini və yanıldığını” bildirmişdi.