14 dekabr 2025. Bazar günü

Azərbaycan taekvondoçusu İslamiadada bürünc medal qazanıb


  • Offside
  • 19:40 16.11.2025
  • Oxunma sayı: 254
Azərbaycan taekvondoçusu İslamiadada bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə kot-d'İvuarlı İssa Diakiteyə 2:1 hesabı ilə qalib gəlib.

İslamiadaya noyabrın 21-də yekun vurulacaq.







Offside