5 dekabr 2025. Cümə

FİFA sosial şəbəkələrdə təhqirlərlə bağlı İnterpola müraciət göndərib


  • Offside
  • 22:46 16.11.2025
  • Oxunma sayı: 249
FİFA sosial şəbəkələrdə təhqirlərlə bağlı İnterpola müraciət göndərib

FİFA sosial şəbəkələrdə təhqiramiz davranışla bağlı bir işi İnterpola təqdim edib.

90deqiqe.Az xəbər verir ki, hadisə qurumun Sosial Media Mühafizə Sistemi (SMPS) vasitəsilə aşkar olunub. Bildirilib ki, təkcə 2025-ci ildə SMPS platforması üzərindən 30 mindən çox təhqir faktı müəyyən edilib.

“Mesajımız aydındır: qəddarlığa futbolumuzda yer yoxdur. Assosiasiyalar, konfederasiyalar və hüquq-mühafizə orqanları ilə birgə çalışaraq qayda pozanların məsuliyyətə cəlb olunmasını davam etdirəcəyik”, – deyə FİFA prezidenti Canni İnfantino təşkilatın mətbuat xidmətinə bildirib.

Bundan əlavə, daha 11 iş Argentina, Braziliya, Fransa, Polşa, İspaniya, Böyük Britaniya və ABŞ-ın hüquq-mühafizə orqanlarına göndərilib. SMPS tətbiq olunduğu gündən bəri ümumilikdə 65 min təhqir halının aşkar edilməsinə kömək edib. İnfantino qeyd edib ki, federasiya qayda pozucularına oyunlara giriş qadağası da daxil olmaqla sərt cəzalar tətbiq edəcək.







Offside