5 dekabr 2025. Cümə

Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib


  • Offside
  • 16:35 17.11.2025
  • Oxunma sayı: 100
Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib

Azərbaycanın qadın həndbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünü keçirib.

90deqiqe.Az-ın məlumatına görə, yığma bu dəfə Qazaxıstan yığması ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda rəqib üstün olub və görüş 34:31 hesabı ilə Qazaxıstanın xeyrinə başa çatıb.

Qeyd edək ki, millimiz turnirdə ilk matçında Özbəkistana 26:28 hesabı ilə məğlub olmuşdu. Qətər yığmasının yarışa qatılmaması səbəbindən Azərbaycan bu komanda ilə qarşılaşmaya çıxmayıb.







Offside