5 dekabr 2025. Cümə

Voleybol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib


  • Offside
  • 18:30 17.11.2025
  • Oxunma sayı: 117
Voleybol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmələr arasında U-14, U-16 və U-18 yaş kateqoriyaları üzrə Azərbaycan birinciliklərinə start verib.

90deqiqe.Az-ın məlumatına görə, yarışlarda müxtəlif şəhər və rayonlardan olan qız və oğlan komandaları iştirak edirlər.

Oyunlar Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Oğuz, Tovuz, Sumqayıt və digər bölgələrdə keçirilir. Cari mövsümdə ümumilikdə 170 komanda – 110 qız və 60 oğlan kollektivi mübarizə aparır.

Reqlamentə uyğun olaraq yarışlar qrup mərhələsi ilə başlayıb pley-off raundları ilə davam edəcək. İlk gündə Bakıda üç yaş kateqoriyası üzrə 15 oyun, bölgələrdə isə 30 qarşılaşma baş tutub.







Offside