- Offside
- 23:30 04.12.2025
“İnter Mayami”nin hücumçusu Luis Suares keçmiş klubları “Liverpul” və “Barselona”dakı çıxışlarını xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, “Sport” 38 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“2013-2014-cü illərdə ‘Liverpul’dakı Suares fərqli idi — o vaxt oyun mənim üçün xüsusi idi. ‘Barselona’dakı Luis isə tam başqa oyunçu idi. Keçidimdən sonra rolum çox dəyişdi. ‘Barselona’da topu bir toxunuşla oynamağı öyrəndim, sahəni daha yaxşı başa düşdüm. ‘Liverpul’da isə topu təkbaşına 40 metr daşıya bilirdim. İspaniyaya keçid məni dəyişdi: daha çox ötürməyə yönəldim və bunu öz inkişafım hesab edirəm.”
Qeyd edək ki, Luis Suares 2024-cü ilin əvvəlindən “İnter Mayami”nin şərəfini qoruyur.