14 dekabr 2025. Bazar günü

Azərbaycan karateçiləri Türkiyədə keçirilən turnirdə uğurla çıxış ediblər


  • Offside
  • 22:29 17.11.2025
  • Oxunma sayı: 289
Azərbaycan karateçiləri Türkiyədə keçirilən turnirdə uğurla çıxış ediblər

Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.

Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev və Əliəşrəf Qafarov bürünc medalla kifayətləniblər.

Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.







Offside