5 dekabr 2025. Cümə

Azərbaycan güləşçiləri Rusiyadan 5 medalla qayıdırlar


  • Offside
  • 16:55 18.11.2025
  • Oxunma sayı: 126
Azərbaycan güləşçiləri Rusiyadan 5 medalla qayıdırlar

Azərbaycan güləşçiləri Rusiyanın müxtəlif şəhərlərində təşkil edilən yarışlarda iştirak ediblər.

90deqiqe.Az xəbər verir ki, Yakutskda keçirilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Cəbrayıl Hacıyev (79 kiloqram) isə üçüncü yeri tutub.

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram) və Məhəmməd Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıb.







Offside