5 dekabr 2025. Cümə

İslamiada: Azərbaycanın 3x3 basketbol millisi qrupunu birinci sırada başa vurub


  • Offside
  • 19:41 18.11.2025
  • Oxunma sayı: 125
İslamiada: Azərbaycanın 3x3 basketbol millisi qrupunu birinci sırada başa vurub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.

90deqiqe.Az xəbər verir ki, yığma A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra milli qrupunu ilk sırada tamamlayıb. Yarımfinala adlayan Azərbaycanın növbəti rəqibi B qrupunu ikinci sırada bitirən komanda olacaq.







Offside