5 dekabr 2025. Cümə

Kriştiano Ronaldo bu gün Ağ Evdə Donald Trampla görüşəcək


  • Offside
  • 20:45 18.11.2025
  • Oxunma sayı: 188
Kriştiano Ronaldo bu gün Ağ Evdə Donald Trampla görüşəcək

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu gün ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Sun" məlumat yayıb.

Daha əvvəl Ronaldu ABŞ-ın 47-ci prezidenti ilə görüşə maraq göstərmişdi. Hücumçu 2017-ci ildən etibarən ABŞ-a səfər etmirdi. Buna səbəb ölkə vətəndaşı Ketrin Mayorqa tərəfindən futbolçuya qarşı 2009-cu ildə zorlamada ittiham irəli sürülməsi idi. Lakin 2019-cu ildə yerli prokurorluq bu ittihamları əsassız hesab etmiş, 2023-cü ildə isə təkrar iddia üzrə Ronaldunun günahsız olduğu rəsmən təsdiqlənmişdi.

Qeyd edək ki, 16 noyabrda Ronaldu cəza səbəbindən Portuqaliya millisinin Ermənistanla 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyununda iştirak etməyib. Portuqaliya həmin görüşü 9:1 hesabı ilə qazanıb. Bu nəticə ilə Portuqaliya ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqəni təmin edib. Komanda F qrupunda 13 xalla birinci yeri tutub.







Offside